İcra başçısı: “Sakinlər bilməlidirlər ki, ödədikləri yerli vergilər kiminsə cibinə deyil, dolayısıyla onların problemlərinin həllinə yönəldiləcəkdir”
“Bələdiyyələr fəaliyyətlərini düzgün istiqamətdə qurmuş olsalar ərazilərdə bir sıra problemlərin həllinə nail olarlar”- bu fikirləri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun Cinarlı kəndində keçirilən səyyar görüşdə bildirib.
Ən azından kəndlərdə abadlıq işlərinin həyata keçirilməsində, kənd yollarının təmirini, küçələrin işıqlandırılmasını və ehtiyacı olan insanlara qayğı və diqqətin göstərilməsini, o cümlədən hər hansı su quyusunun qazılmasını və digər layihələri həyata keçirmək olar.
İcra başçısı daha sonra bildirb ki, bələdiyyələrin yerli özünüidarəetmə orqanı olaraq fəaliyyətinin əsas məqsədi konkret olaraq yerli əhəmiyyətli məsələlərin həllinə nail olmaqdır. Sakinlərin səs verdiyi bələdiyyələr bəzən istədiyimiz kimi fəaliyyət göstərməsələrdə müəyyən irəliləyişə nail olublar.
Ancaq bələdiyyələrin fəaliyyətlərinin gücləndirilməsi üçün sakinlərimiz bələdiyyələrə inanmalı və dəstəklərini əsrgəməməlidirlər. Bələdiyyə sədrləri sakinlərin inamını etibarnı qazanmalı, sakinlərdə bilməlidirlər ki, ödədikləri yerli vergilər kiminsə cibinə deyil, dolayısıyla onların problemlərinin həllinə yönəldiləcəkdir.
Hazırda Cəlilabad bələdiyyələrinin fəaliyyətində ciddi dönüş var. Bu gün rayonun doqquz bələdiyyəsi öz ərazilərində ciddi layihələri icra etməkdədirlər. Əlavə olaraq səkkiz bələdiyyə növbəti günlərdə ərazilərində layihələrin icrasına başlayacaqdır.
Ümumiyyətlə, Cəlilabad rayonunda formalaşan 35 bələdiyyənin il ərzində iki milyon manatdan artıq vergi toplamaq şansı var. Bu vergilər yığılarsa bələdiyyələrimiz çoxsaylı layihələri icra edə bilərlər.
Belediyye.info
Rəylər
0 Rəy